F.Massa: “Macarıstandakı fanlar mənə hədiyyə alırlar”

Felipe Massa 2009-cu ilin Macarıstan Qran Prisinin sıralanma turunda ciddi qəza etmişdi və uzun müddət yarışa bilməmişdi. Braziliyalı sürücü bildirib ki, Macarıstana gələndə azarkeşlər ona hədiyyələr alırlar...

F-1.az xatırladır ki, 2009-cu ildə Rubens Barrikellonun bolidindən çıxan detal yüksək sürətlə Felipe Massanın başına çırpılmışdı və bundan sonra braziliyalı sürücü uzun müddət xəstəxanada qalmışdı.

Felipe Massa bildirib ki, Macarıstanda onu sevənlər çoxdur: “Hunqarorinqdə çoxlu xatirələrim var. 2008-ci ildə sona 3 dövrə qalmış mühərriyim partladı və qələbəni əldən verdim. Sonrakı mövsümdə isə ciddi qəza keçirtdim. Burada işlər mənim üçün heç də yaxşı getməyib. Fanlara təşəkkür etmək istəyirəm. 2009-cu ildəki qəzadan sonra məni tək qoymadılar. Mən buraya hər gələndə mənə hədiyyələr alırlar. Onlarla vaxt keçirməyi sevirəm”.

Massa mövsümün sonrakı yarışları barədə də danışıb: “Bu il Red Bull-u özümüzə rəqib görürdük. Amma onlar sürətlə inkişaf etdilər və fərqi açdılar. Keçən il Mühəndislər Kubokunda 3-cü olmuşduq. Əksər yarışlarda Ferrari ilə mübarizə aparırdıq. İndi isə 4-cü yerdəyik və öndəkilərlə fərq böyükdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*