F.Massa karyerasını davam etdirəcək?

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, bu mövsümdən sonra rəqabətədavamlı ola bilsə, Formula1-də yarışmağa davam edə bilər.

F-1.az xatırladır ki, braziliyalı sürücü keçən il karyerasını bitirmiş və onu Ləns Stroll əvəz etmişdi. Amma Bottas Mercedes-ə transfer olunduqdan sonra Williams yenidən Felipe Massanı komandaya qaytarmalı olmuşdu.

Felipe Massa: “Əgər özümü yaxşı və rəqabətədavamlı hiss etsəm və güclü komandada olsam, Formula1-də qala bilərəm. Formula1-ə qayıtmamışdan əvvəl Formula E-yə keçməyə yaxın idim. Amma hazırda Williams-dayam. Görək 2017-ci ildə nələr olur.

Formula E-də Jaguar komandası ilə etdiyim test çox gözəl idi. Düzdür, bizim seriyaya nisbətən fərqlidir və uyğunlaşmaq asan deyil. Amma çox əyləncəli gün idi. Mənə bu şansı verdikləri üçüm Jaguar-a təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*