F-1.az xatlrladır ki, braziliyalı sürücü yarışın əvvəlində Bottasla mübarizə aparmış və yarışı 9-cu yerdə bitirmişdi.
Massa sürücülər çempionatında 11-ci yeri tutub. 35 yaşlı sürücü yarışdan sonra təəssüratlarını bildirib: “Karyeramı bu cür bitirdiyim üçün özümlə fəxr edirəm. Karyerama başlayandan sona qədər mübarizə apardım.
Bütün mətbuat işçilərinə, komanda yoldaşlarıma və fanlarıma hörmət edirəm. Bu idmandakı uğurlarıma görə idmandan başıuca gedəcəm. Rosberqi də yaddan çıxarmaq olmaz. Əla mövsüm keçirtdi və çempionluğa layiq idi. Atası Kekedən sonra çempion oldu və onlar üçün əla hekayə olacaq. Onu da təbrik edirəm”.