F.Massa: “Karyeramı 3 il əvvəl bitirmək istəyirdim”

Felipe Massa bildirib ki, o, 3 il əvvəl Ferrari-dən ayrılarkən karyerasını bitirmək istəyib...

F-1.az xatırladır ki, Felipe Massa 2006-2013-cü illərdə Ferrari-də çıxış edib və italyanların heyətində 11 yarış qazanıb. Braziliyalı Ferrari-dən ayrıldıqdan sonra Williams komandasına transfer olunub və burada yaxşı nəticələr əldə edib. Massa bu il İtaliya QP-dən əvvəl ilin sonunda karyerasını bitirəcəyini açıqlamışdı.

Felipe Massa: “3 il əvvəldə bu barədə düşünmüşdüm. Bəzən çətin qərarları vermək üçün güclü olmalısınız. Mən də bunu etdim. Rahatam və etdiyim şeyə görə xoşbəxtəm. Bu il bu qərarı verməyin vaxtı idi”.

Felipe Massa 2008-ci ildə Dünya Çempionluğunu 1 xal fərqlə əldən vermişdi. Brazilialı bildirib ki, o karyerası ilə fəxr edir: “Çempionluğu 1 xal fərqlə əldən verdim. Braziliyada poulda idim və yarışı qazandım. Buna görə də əlimdən gələnin ən yaxşısını etdim.

Vəziyyət təkcə məndən aslı deyildi. Əvvəl baş verən hadisələrə bağlı idi. Köhnə söhbətləri açmaq istəmirəm, amma Sinqapur yarışı məni məyus etmişdi. Macarıstan kimi mühərrik problemi yaşadığım başqa yarışlar da oldu, amma bu idmanın bir parçasıdır.

Çoxlu hadisələr baş verdi və mövsümün sonu fərqli ola bilərdi, amma yenə də… Dediyim kimi, karyeramla fəxr edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*