F-1.az xatırladır ki, 35 yaşlı sürücü Saxir trasında 2 dəfə (2007-2008-ci illər) qalib gəlib və son 3 mövsümdə buradan xalla ayrılıb.
Felipe Massa: “Bu tras digərlərindən fərqlidir. Uğurlu olmaq və daha yaxşı əylənmək üçün güclü bolid lazımdır. Bu, tras üçün vacib amildir. Bəhreyn trasını həmişə sevmişəm. Mühərriyimiz düzlüklərdə sürətli olmağa əl verir. Məncə, orta qrupun ən sürətlisi olacağıq. Burada iki dəfə qalib gəlmişəm. Buna görə də həzz alaraq gedəcəyim yerdir. Ümid edirəm ki, bu il gözəl yarış keçirərik”.