F.Massa: “İdmanın inkişafında rolum var”

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, 2009-cu ildə Macarıstanda keçirdiyi qəza idmandakı təhlükəsizliyin artmasına kömək edib.

F-1.az xatırladır ki, Hunqaroqinqdəki sıralanma turunda Rubens Barrikellonun bolidindən çıxan detal Massanın başına dəymişdi. Braziliyalı sürücünün gözünün ətrafı zədələnmişdi. Felipe bu qəzadan sonra 2009-cu il mövsümünü qapamış və 2010-cu ilin Avstraliya yarışında idmana qayıtmışdı.

Felipe Massa: “Düzünü desəm, hadisə ilə bağlı heç nə xatırlamıram. Altı ay yarışlardan uzaq qaldım. Mənim üçün çətin idi. Həyat yoldaşım hamilə idi və onun üçün lap çətin idi. İdmanın təhlükəsiz olması üçün az da olsa, kömək etdim. Dəbilqələrin təkmilləşməsində rol oynadım. Barrikello hadisədən sonra məyus idi. Detal onun bolidindən qopmuşdu və özünü günahkar sayırdı. Bundan başqa Mixael də tez-tez xəstəxanaya yanıma gəlirdi. Mənə tez-tez zəng edirdi və komandada yerimə keçməyə yaxın idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*