F-1.az xatırladır ki, braziliyalı sürücü keçən ilin sonunda təqaüdə çıxmış, lakin Bottasın gözlənilmədən Mercedes-ə transfer olunmasından sonra yenidən Williams komandası tərəfindən çağırılaraq Formula1-ə qayıtmışdı.
Felipe Massa: “Bu mövsüm mənim üçün əyləncəli keçir. Yeni qaydaları sevdim və sürməkdə çətinlik çəkmirəm. Əgər rəqabətədavamlı ola bilsək, gələn il də Williams-da yarışa bilərəm. Artıq bolidi təkmilləşdirərkən daha aqressiv həmlələr edirik. Bu formada davam etsək, növbəti yarışlarda yaxşı nəticələr qazana bilərik”.