F-1.az xatırladır ki, 3 fərqli komandanın tərkibində Hunqarorinqdə yarışan Felipe Massa keçənilki yarışda 12-ci ola bilmişdi.
Felipe Massa: “Hunqarorinq keçmişdə ölümcül zədə aldığım trasdır. Burada mənə olduqca böyük dəstək var. Hara getsəm, mənə hədiyyələr verirlər, mənimlə vaxt keçirmək istəyirlər. Tras olduqca qısa və çox döngəli trasdır. Asfalta yatma qüvvəsi yüksək olmalıdır. Təkərləri qorumaq üçün də çətin trasdır. Əgər asfalta yatma qüvvəsi çoxdursa, işiniz rahatdır. Budapeşt gözəl şəhərdir, tras isə möhtəşəmdir”.