F-1.az xatırladır ki, Həmilton mövsümün son 3 yarışına Sebastyan Fettelin 66 xal önündə girir və növbəti Meksika yarışında almaniyalı rəqibindən 16 xal az toplasa belə, karyerasının 4-cü Dünya Çempionu tutulunu əldə edəcək.
Felipe Massa: “Lyuis hazırda özünü Formula1-də ən yaxşı sürücülərdən biri edib. Artıq onu Mixael və ya Ayrtondan fərqli kateqoriyaya qoymaq olmaz. O, ən yaxşılar arasındadır. Bütün kateqoriyalarda hamının heyranlığını qazandı və Mixaellə Senna kimi həmişə rəqabətədavamlı oldu. İnsanlar həmişə keçmişə baxıb o dövrlərin daha yaxşı olduğunu deyirlər. Amma bu fikir doğru deyil. Məncə, artıq Həmiltonun uğurlarını təqdir etmək lazımdır.
Futbolda Kriştianu Ronaldu, Messi və Neymar artıq Pele ilə Maradona səviyyəsindədirlər. Lyuis üçün də bu hal keçərlidir”.