Tərəflər arasında danışıqlar gedir və Massa geri qayıdacağı təqdirdə, Williams-ın Bottasın komandadan getməsinə icazə verəcəyi bildirilir.
F-1.az bir neçə gün əvvəl bildirmişdi ki, Massanın Williams ilə razılığa gəldiyi iddia olunur. Hazırda istirahətdə olan braziliyalı sürücü danışıqların davam etdiyini təkzib etməsə də, rəsmi razılığın olmadığını deyib: “Hazırda deyə biləcəyim bir şey yoxdur. Əlbəttə, hamının bu barədə danışdığını bilirəm, lakin mən indi istirahət üçün gəlmişəm və əlavə şayiələr yaratmaq istəmirəm. Yazılanların heç biri rəsmi məlumat deyil”.