F.Massa: “Hədiyyəni geri qaytarmayacağam”

Felipe Massa təqaüdə çıxdıqdan sonra Williams komandası ona 2016-cı ilin Braziliya yarışında istifadə etdiyi bolidi hədiyyə etmişdi. Braziliyalı sürücü bildirib ki, çempionata qayıtmasına baxmayaraq, həmin bolid yenə də onda qalacaq.

F-1.az xatırladır ki, Felipe Massa keçən ilin sentyabr ayında təqaüdə çıxdığını açıqlamış və Williams komandası Braziliya yarışında onun üçün xüsusi şassi hazırlamışdı. Britaniyalılar yarışdan sonra keçirilən şənlikdə şassini Massaya hədiyyə etmişdilər.

Amma Bottas Rosberqin əvəzinə Mercedes-ə getdikdən sonra Williams 35 yaşlı sürücünü yenidən komandaya qaytarıb. Bundan sonra britaniyalıların Massaya verdiyi hədiyyəni geri alıb-almayacağı hamıya maraqlı idi.

Felipe Massa: “Mənim olan şey mənimdir. Bolidi iki gün əvvəl bazada gördüm və üstündə mənim adım yazılmışdı. Son iki yarışda baş verənlər inanılmaz idi. Xüsusən də, Braziliya yarışı emosional cəhətdən fərqli idi. Amma hər şey dəyişdi və qəlbim davam etmək istədi. Mən də onu dinlədim.

Kler məndən “təqaüdünü dayandırmaq istəyirsən?” sualını soruşanda təəccübləndim, amma özümü hazır hiss edirəm. Təqaüdə çıxan hər sürücü kimi mən də başqa seriyaları dəyərləndirirdim. Amma hər şey dəyişdi və özümü yaşlı hiss etmirəm. Qayıtmaq üçün hazıram.

Mayamidəyəm və yenidən hər gün idman edirəm. Reqlament dəyişir və buna görə də tamamilə fərqli bir bolidim olacaq.

Səkkizgünlük testlərdə bolidin necə işlədiyini öyrənməliyik. Komandanın rəqabətədavamlı olması üçün bütün təcrübəmi qoymağa hazıram.

Valtteriyə isə uğurlar arzu edirəm. Mercedes-də fərqli fürsətlərə sahib olacaq. Son 3 mövsümdə çempion olan komandada yarışacaq və daha güclü olacaqlarına əminəm. Nikonun təqaüdə çıxmaq qərarı məni təəccübləndirdi və idmana bunun hesabına qayıtdım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*