F.Massa halo sistemini dəstəkləyir

Williams komandasının sürücüsü Felipe Massa halo sistemini dəstəkləyədiyini bildirib, amma Red Bull komandasının şüşəli versiyasını bəyənmədiyini əlavə edib...

F-1.az xatırladır ki, sürücülərin başını qorumaq üçün gələn ildən etibarən halo sisteminin Formula1-ə gəlməsi planlaşdırılır. Gələn il böyük ehtimalla Mercedes AMG-nin təklif etdiyi, Ferrari-nin birinci dəfə trasa çıxardığı versiya istifadə ediləcək.

Felipe Massa: “Mən idmanın təhlükəsizliyini ən çox dəstəkləyən sürücülərdən biriyəm. Əgər biz bir nəfərin həyatını xilas edə bilsək və ya sürücülərin yaralanmasının qarşısını ala bilsək, bunu dəstəkləyərəm.

Biz həyatımızı riskə atmaq üçün yarışmırıq və ya insanları məmnun etmək üçün həyatmızı təhlükəyə atmamalıyıq. Doğrudan da elə düşünmürəm.

Ona görə də mən istəyirəm ki, idmanda təhlükəsizlik inkişaf etdirilsin. Bu halo və ya təhlükəsizliyi inkişaf etdirmək üçün hər hansı bir şey ola bilər. Mən Formula1-də bir dostumu itirdim.

Halo onu xilas edə bilərdimi, bilmirəm. Xilas edə bilməzdi, amma mən ikinci dəfə bu cür hadisələri görmək istəmirəm. Əgər halo kömək edəcəksə, dəstəkliyərəm.

Mən kral olmaq istəmirəm. Mən “Buna ehtiyacım yoxdur, hətta dəbilqəsiz yarışmaq istəyirəm, çünki mən kralam” kimi sözlər deyən sürücülərdən deyiləm. Mən sadəcə istəyirəm ki, hər şey sürücülər üçün daha yaxşı olsun”

Massa jurnalistlərin “Halo sizə 2009-cu ildəki qəzada kömək edə bilərdimi?” sualına belə cavab verib: “Həmin detal mənə dəyməmişdən əvvəl başqa bir yerə dəysəydi, onun təsiri daha az olardı. Bu sizin keçirdiyiniz qəzadan da aslıdır”.

Massa Red Bull-un dizayn etdiyi sistem barədə də danışıb: “Red Bull-un sistemində yan tərəflərdə iki dəstək var və o görüntünü çətinləşdirə bilər. O sistem Buggy avtomobillərini xatırladır.

Təhlükəsizlik üçün daha yaxşıdırsa və biz onu istifadə etməliyiksə, qəbul edərəm, ancaq bu tərz sistemlər gərək pilotun görməsinə mane olmasın.

Ondan başqa öndə bir şüşə olacaq. Soyutma və digər sistemlərə necə təsir edəcək? Bunun necə işlədiyini anlamalıyıq.

Nə edəcəyimizi 100 faiz bilmiriksə və halo sistemi bizim üçün daha təhlükəsiz olacaqsa, onu istifadə edə bilərik. İki ildən sonra sistemi başqa şeylə əvəzləyə bilərik. Sistemi mütləq təkmilləşdirmək lazımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*