F-1.az xatırladır ki, 36 yaşlı sürücü Bakı Şəhər Halqasında qələbəyə yaxın olduğu halda, asılqandakı problemə görə mübarizəni vaxtından əvvəl saxlamalı olmuşdu.
Qeyd edək ki, braziliyalı sürücü 2014-cü ildə Red Bull Rinqdə poul qazanmış və 2015-ci ildə podiuma yüksəlmışdi.
Felipe Massa: “Avstriya doğrudan da əyləncəli trasdır. Normal şərtlər altında orada həmişə rəqabətədavamlı olmuşuq. Orada podiuma yüksəlmişəm və 2014-cü ildə poul qazanmışam. Bundan başqa orada yaxşı vaxt keçirirəm. Ümid edirəm ki, yaxşı həftəsonu keçirərək, Bakıdakı məyusluğu unudarıq”.