F-1.az xatırladır ki, Massa mövsümün sonunda Formula1-dən gedəcək və 35 yaşlı sürücünün gələn il nə edəcəyi hələ də məlum deyil.
Braziliyalının adı Formula E, DTM, WEC kimi seriyalarla hallanır. Amma Massa bildirib ki, tez-tez Formula1 paddokuna gələcək: “Öz imicimə və bəzi şirkətlərlə bağladığım müqavilələrə görə padoka tez-tez gələcəm. Mövsüm ərzində 4 və ya 5 televiziya verilişində iştirak edə bilərəm və bu daimi iş olmaz. Gələn il 4-5 yarışa gəlib, onlardan həzz almaq istəyirəm. Sürücü kimi fərqli işlər görmək qəribə olacaq və bunun üçün hazıram.
Padokda olmaq bəlkə də elə də həzz verməyəcək. Sadəcə izləmək üçün, orada olmaq həzz verməz. İnsanlarla, müştərilərlə və azarkeşlərlə danışmalıyam. Kömək edə biləcəyim bəzi şirkətlər olmalıdır. Yəni orada olacağamsa, bu bir işə görə olmalıdır”.