F.Massa: Fettel idmandan getməlidir

Sabiq Formula1 sürücüsü Felipe Massa düşünür ki, Sebastyan Fettel artıq idmandan getməlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücünün komandası Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək. İtalyanlar dördqat Dünya Çempionu ilə yeni müqavilə imzalamayıblar. Fetteli gələn il idmanda tutmağa bir dənə Mercedes komandasının gücü çata bilər, ancaq onlar da növbəti mövsümdə Həmilton və Bottas cütü ilə yarışmağı planlaşdırır.

Felipe Massa
: “Bəzən hər şey dona çatır və o zaman qərar verməlisiniz. Mənim də başıma oxşar hadisə gəlmişdi. Alonso daxil olmaqla əksər sürücülər belə halla üzləşiblər. Elə anlar olur ki, fərqli macəralar axtarmağa başlayırsınız. Ümid edirəm ki, Fettel güclü komandada yarışar, ancaq alternativləri barədə bir söz deyə bilmərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*