F.Massa: Ferrari güclü maşın düzəltmir

Sabiq Formula1 sürücüsü Felipe Massa Ferrari-nin son illər mükəmməl olmadığını deyib.

F-1.az xatırladır ki, İtaliya təmsilçisi son çempionluğunu 2008-ci ildə qazanıb və 2009-2019-cu illər aralığında cəmi 29 yarış qələbəsi əldə edə bilib.

Felipe Massa: “Ferrari son Mühəndislər Kubokunu 2008-ci ildə əldə edib. Burada çoxlu güclü sürücülər yarışsa da, titul qazana bilməyiblər. 2008-ci ildən sonra orada idim və heç vaxt qələbə qazana biləcək maşın hazırlamağı bacarmadılar. Fernando Alonso 2010-cu ildə inanılmaz iş görmüşdü. Çempionluq uğrunda mübarizə aparsa da, həminilki maşın çox zəif idi. Orada yarışan heç bir sürücü çempion ola bilmədi, çünki komanda mükəmməl deyildi. Yəni ki, Sebastyanda günah axtarmaq olmaz. Əksinə Sebastyan əla performans göstərdi. Yarışlar qazandı. Həmişə komanda yoldaşlarından öndə idi. Ancaq keçən il vəziyyət dəyişdi. Şarlın performansını unutmaq olmaz. Onu kartinq illərindən izləyirəm. Çox böyük istedaddır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*