F.Massa: Ferrari eyforiyaya qapılmamalıdır

Sabiq Formula1 sürücüsü Felipe Massa düşünür ki, Ferrari hələ çox yarış qazanacaq.

F-1.az xatırladır ki, Ferrari 2007-ci ildən Sürücülər Çempionatında, 2008-ci ildən isə Mühəndislər Kubokunda uğur qazana bilmir. Lakin “qırmızılar” mövsümə at oynadaraq başlayıblar və ilk 3 yarışın ikisində qalib gələrək, hər iki cəbhədə liderliyə yiyələniblər.

Felipe Massa: “Maralledokı mühəndislərin yeni reqlamenti belə anlaması mənə təsir etdi. Onların dözümlülüyü uğurun əsas açarıdır. Ancaq sakit olmaq lazımdır və indidən qələbəni qeyd etmək olmaz. Mövsüm hələ qabaqdadır və hələ titul qazanılmayıb. Özü də digər komandalar tam güclərini göstərməyiblər. Buna görə də Ferrari-ni çempion elan etmək olmaz.

İndi növbədə asfaltayatma qüvvəsinin vacib olduğu traslar var. Məsələn, İmola, İspaniya və Monte Karlo. Bu traslarda Ferrari güclü ola bilər. Red Bull isə düzlüklərdə sürətlidir. Ferrari-nin bolidi balanslıdır və döngələrdə yaxşı performans göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*