F-1.az xatırladır ki, braziliyalı sürücü 2006-2013-cü illərdə Ferrari-də çıxış etmiş və bu müddət ərzində Mixael Şumaxer, Kimi Rəykkönen və Fernando Alonso ilə komanda yoldaşı olmuşdu.
Felipe Massa: “O vaxtlar əsas adam Şumaxer idi. Bütün komanda onun ağzına baxırdı və hamı onu dəstəkləyirdi. Kimi gələndə isə komanda iki sürücünü də dəstəklədi. 2007-ci ilin Spa yarışına qədər yarışmağımıza icazə vermişdilər. Orada isə bir nömrəli sürücünün kim olacağına komanda verəcəkdi.
Daha sonra Alonso ilə işlər yenidən dəyişməyə başladı. Siyasi oyunlar geri qayıdırdı və ona qarşı mübarizə aparmaq çətinləşirdi. Belə hallar həmişə Ferrari-də olub”.