F.Massa: “Ən yaxşı nəticəni qazandım”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Kanadadakı sıralanma turunda boliddən maksimunu alıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü 3 böyük komandanın sürücülərindən sonra 7-ci olaraq, orta qrup üçün poul sayıla biləcək nəticə qazanıb.

Felipe Massa: “Sıralanma turundakı performansıma görə xoşbəxtəm. Mümkün olan ən yaxşı nəticəni qazandıq. İşlərin belə davam etməsi mükəmməldir. Yenə də bazar günü bizi çətin yarış gözləyir. Görək nə olur. Sıralanma turunda hər şey qaydasında idi. Bunu görmək sevindiricidir. Komanda sazlanmalar üzərində əla işlədi və bu tempimiz yaxşı idi. Balans da əla idi. Bizim üçün gözəl bir gün idi. 2017-ci il bolidləri ilə sürmək əyləncəlidir. Döngələrdə limitdə getmək mümkündür. Karyeram ərzində burada sürətli olmuşam. 2008-ci ildə burada qalib gəlməyə yaxın olsam da, yanacaqla bağlı problem yaşamışdım. Burada hər şey ola bilər və bu trası çox sevirəm.

Ləns porebriklərə hücum etməkdə çətinlik çəkir. Bu trasda sürmək göründüyü qədər asan deyil. Amma o güclənəcək və mən ona kömək etməyə çalışıram. Onun vaxta ehtiyacı var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*