F-1.az xatırladır ki, Druqoviç 2022-ci ildə Formula2-də Dünya Çempionu olmuş və Aston Martin komandasına test və ehtiyat sürücü kimi transfer olmuşdu.
Lakin o Formula2-dəki üçüncü mövsümündə çempion olub və bu hal onun uğuruna kölgə salır.
Felipe Massa: “Məncə, keçən il əla performans göstərdi. Formula2-də Dünya Çempionu oldu və bu əla haldır.
İndi Formula1-də düzgün komandaya gedib-getməyəcəyi məlum deyil, çünki F1-də bəxt də sizin tərəfinizdə olmalıdır.
İşin pis tərəfi Formula2-dəki üçüncü mövsümündə çempion olmasıdır. Belə olanda isə Formula1 komandaları sizə önəm vermirlər. Onlar ilk mövsümündə çempion olanlara daha çox yer ayırırlar. Görək əlinə fürsət düşəcək?
Aston Martin-də test və ehtiyat sürücüdür, amma orada Fernando iki il yarışacaq. Digər sürücü isə komandanın sahibinin oğludur. Görək nə edəcək”.