F-1.az xatırladır ki, Kanada yarışının startında Saynsla Qrojan təmas yaşamış və nəticədə ispaniyalı sürücü idarəetməni itirərək, Felilpe Massaya çırpılmışdı. Beləliklə, braziliyalı sürücü heç bir günahı olmadan mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Felipe Massa: “Üç döngədən sonra mübarizəni dayandırmaq məni məyus etdi. Qəza vaxtı sərnişin idim. Düşündüm ki, Karlosa kimsə təmas edib, amma bir dənə mənim maşınıma təmas etdi. Yarışı bu cür sonlandırmaq yaxşı olmadı. Xüsusən də, güclü olduğumuz Kanadada… bu yarışdan yaxşı xallar qazana bilərdik”.
Williams komandasının texniki direktoru Pəddi Lou da sürücüsünün günahsız olduğunu deyib: “Felipenin bəxti gətirmədi. Əslində yaxşı start almışdı, ancaq 1-ci və 2-ci döngədən sonra bir neçə yer itirdi. Daha sonra Karlos ona çırpıldı. Bu həftəsonu bolid güclü idi. Heyif oldu. Yarışdan daha çox xal qazana bilərdik”.