F-1.az xatırladır ki, Felipe Massa ikinci sərbəst yürüşlərdə 16-cı yeri tutaraq fanlarını məyus edib. Braziliyalı bundan sonra bildirib ki, komanda İspaniyada yaxşı nəticə qazanmaq istəyirsə, bütün gecə işləməlidir: “Cümə günü yaxşı keçmədi. Təkərləri və bolidi başa düşməyə çalışdıq.
Bundan başqa, təzə təkərlərimlə sürətli dövrə vuranda səhv etdim. Yumşaq təkərlərdə idim və tras xaricinə çıxdım. İlk dövrəmdə sürətli nəticə göstərə bilmədim və daha sonra sürətli gəldim, ancaq əvvəlkindən 0.5-0.6 saniyə geri qaldım.
Buna görə də, Rusiya ilə müqayisə edəndə, heç də yaxşı gün deyildi. Bolidi sabaha qədər rəqabətədavamlı vəziyyətə gətirmək üçün çoxlu işləməliyik”.
Bundan başqa Massa əlavə edib ki, onların əsas hədəfi bu həftəsonu Red Bull ilə mübarizə aparmaqdır: “İstəyirəm ki, rəqabətədavamlı olum və Red Bull ilə mübarizə aparım.
Bu asan olmayacaq, amma bu trasa görə yaxşı sazlanmalarımız var və sınaqdan keçirəcəyik”.