F-1.az xatırladır ki, braziliyalı sürücü Formula1 karyerası ərzində 11 qələbə qazanıb və 2008-ci ildə çempionluğu son yarışda əldən verib.
Felipe Massa keçən il 10 illik fasilədən sonra Çempionlar yarışında mübarizə aparmışdı və braziliyalı 2017-ci ildə Toni Kanaanın komanda yaldaşı olacaq.
Felipe Massa: “Çempionlar yarışı mənim üçün əla təcrübədir və orada olmaqdan həzz alıram. Bir il daha burada olmaq mükəmməl hissdir. Dünyanın hər tərəfindən ən yaxşı sürücülər bir yerdə yarışırlar və bu mükəmməl ideyadır. Köhnə dostum və yerlim Toni Kanaan ilə görüşmək üçün səbirsizlənirəm”.
ROC tədbirinin təşkilatçısı Fredrik Conson da bu barədə fikirlərini bildirib: “Felipenin Mayamidəki yarışa qoşulmasına görə həyəcanlıyıq. O, 15 ildir ki, yüksək səviyyədə yarışır və təqaüdə çıxmamışdan əvvəl yarışda iştirak etməyə layiqdir”.