F.Massa: “Byanki ilə Ferrari-nin arası pis idi”

Felipe Massa bildirib ki, Jül Byanki 2014-cü ilin Yaponiya yarışında qəza etməmişdən əvvəl Ferrari ilə arası dəyibmiş...

F-1.az xatırladır ki, Jül Byanki qəzadan sonra 9 ay komada qaldıqdan sonra dünyasını dəyişmişdi. Felipe Massa fransalı sürücünün ölüm ildönümündə danışıb. Qeyd edək ki, Byankinin Marussia-dan Ferrari-yə keçməsi gözlənilirdi.

Felipe Massa: “O, Ferrari-də yarışmalı idi. O dövrlərdə Ferrari-yə transferi gözlənilirdi və o mövzu barədə danışırdılar. Amma Ferrari ilə danışıqlarda problemlər var idi. Onun istedadı göz önündə idi. Mən həmişə düşünürdüm ki, Formula1-də çox uğurlu sürücü olacaq”.

Qeyd edək ki, Jül Byanki Ferrari Sürücü Akademiyasının yetirməsi və ən perspektivli sürücüsü idi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*