F-1.az xatırladır ki, Massa Əbu Dabidə 250-ci yarışına çıxacaq və bununla da Formula1 karyerasını bitirəcək. Buna görə də, dünənki Braziliya yarışı 35 yaşlı sürücünün öz vətənindəki sonuncu yarış olub.
Amma Massa yarışda 13-cü yerdə gedərkən, yerində fırlanaraq, qəza etdi. Boliddən düşən braziliyalı sürücü ölkəsinin bayrağını götürərək, tribunadakı həmvətənlərini salamlayıb.
Felipe Massa: “Məyusedici idi. Bu cür bitirmək istəməzdim. Azarkeşlərim, Braziliya, komandam və özüm üçün yaxşı nəticə qazanmaq istəyirdim. Heyif ki, bunu bacara bilmədim. Döngəni dönürdüm və birdən su şırnağına düşdüm. Sürüşdüm və bolidi saxlaya bilmədim. Divara dəyəndə asılqanım qırıldı və daha sonra ciddi qəza etdim. Bəlkə də, Allah nə etdiyini bilir. Məni azarkeşlərimin önündə dayandırdı. Orada azarkeşlərimiz önündə özümü yaxşı hiss etdim. Göz yaşlarımı saxlaya bilmədim”.
Massa pitə gələndə ilk iki qarajdakı Mercedes və Ferrari komandasının işçiləri pit yolina çıxaraq, Massanı alqışlayıblar.
Felipe Massa: “Pit yolunda belə reaksiya gözləmirdim. Bir yerdə işləmədiyim Mercedes komandası mənimlə çox gözəl rəftar etdi. Bu günü unutmaq qeyri-mümkündür. Gözəl hisslər yaşadım. Mən bu qədər şeyə layiq deyiləm. Son yarışımdan həzz almağa çalışacam. Ümid edirəm ki, podium və ya yaxşı nəticə ala bilərəm”.