F.Massa: “Bəzi sürücülər deyəsən sarı bayraqlarda yavaşlamayıb”

Felipe Massa bildirib ki, ikinci sessiyanın sonlarında çıxan sarı bayraqlar zamanı ola bilsin ki, bəzi sürücülər yavaşlamayıb...

F-1.az xatırladır ki, Roman Qrojan ikinci sessiyanın sonlarında bolidinin idarəetməsini itirərək, bariyerlərə çırpılıb. Bu hadisədən sonra ikinci və üçüncü sektorlarda sarı bayraqlar dalğalanmağa başlayıb. Amma bəzi sürücülər nəticələrini yaxşılaşdıraraq, son sessiyaya qalıblar.

Felipe Massa: “Daha sürətli ola bilərdim. Son dövrəm əvvəlkindən daha yaxşı idi. Heyf ki, sarı bayraqlara görə yavaşlamalı oldum. Bəlkə də bəzi sürücülər yavaşlamayıb. Stuartlar bunu təhlil etməlidirlər. Bilirsiniz ki, bu tras bizim üçün əlverişli deyil. Yarış çətin olacaq. Hər şeyə hazır olmalıyıq.

Eşitdiyimə görə bir nəfər (Peres) sarı bayraqlara fikir verməyib. Amma o an sürətimi azaltdığım üçün heç nə g0örmədim. Əgər bu doğrudursa, nəsə etmək lazımdır. Mühəndisim mənə dedi ki, “sarı bayraqlar dalğalanır. Sürətini azaltmalısan”. Mən də sürətimi azaltdım. 11-ci yer pis deyil. Amma 11-ci yer 10-cu yerdən daha yaxşıdır. Valtteri ilə 11 və 12-ci yerləri tutmuşuq. Sabah nə olacağını görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*