F-1.az xatırladır ki, braziliyalı sürücü Kataloniyada 2007-ci ildə qalib gəldməklə, 2008-ci və 2013-cü illərdə podiuma da yüksəlib. 36 yaşlı sürücü Barselonada sadəcə bir dəfə – 2011-ci ildə damalı bayrağı görə bilməyib. Felipe Massa keçən il İspaniyada 8-ci yeri tutmuşdu.
Qeyd edək ki, Williams komandası Barselonada keçirilən mövsümöncəsi testlərdə güclü performans göstərmişdi.
Felipe Massa: “Barselona bütün sürücülərin yaxşı tanıdığı trasdır. Buna görə də hamı özünü evində hiss edir. Üstəlik, testlərimizi də burada edirik. Trasın sürətli döngələri üçün yüksək asfaltayatma qüvvəsi tələb olunur və son sektorda yaxşı sürətlənməyə ehtiyac var.
Mövsümöncəsi testlər burada əla keçdi. Ümid edirəm ki, bu dəfə Soçidəki kimi başımıza pis hadisə gəlməz”.