F-1.az xatırladır ki, Felipe Massa keçən ilin sentyabrında təqaüdə çıxacağını açıqlamış və mövsümün sonunda karyerasını bitirmişdi. Amma 35 yaşlı sürücü Valtteri Bottasın Mercedes komandasına transfer olunması ilə idmana geri qayıdıb. Veteran sürücü bu həftəsonu karyerasındakı 251-ci yarışına çıxacaq.
Felipe Massa: “Avstraliya mövsümə başlamaq üçün əla yerdir. Sadəcə gözəl ölkə deyil, eyni zamanda yaxşı insanlar da olduğu üçün buranı sevirəm. Yenə də çətin trasdır. Trasın yarısı stasionar, yarısı isə şəhər tipli trasdır. Mövsümün əvvəlində uyğunlaşma müddətini yola vermək üçün əla trasdır. Tezliklə yarışın başlanmasını istəyirəm.
İlk yarışlar həmişə vacibdir. Komandalar yaxşı başlanğıc etmək istəyirlər və ümid edirəm ki, gözəl mübarizə görərik”.