F-1.az xatırladır ki, braziliyalı sürücü ön qrupdakı 3 komandadan və Niko Hülkenberqdən geri qalaraq 8-ciliklə barışıb.
Felipe Massa: “Sıralanma turunda aldığımız nəticəyə görə sevincliyəm. Bəlkə də, bizim üçün ən yaxşı nəticə 7-cilik ola bilərdi, anma son cəhdimdə kiçik bir səhv etdim və buna görə də geri qaldığımızı düşünürəm. Yarış uzun olacaq. Ümumilikdə, bu həftə performansımdan razıyam və yarışda işlər yolunda getsə, gözəl xallar ala bilərik. Təkərlər yarışda vacib rol oynayacaq. Onları yaxşı qoruya bilsək, gözəl strategiya ilə bir neçə yer qazana bilərik. Görək nə olur”.