F.Kuartararo: Yerimizdə sayırıq

Yamaha komandasının sürücüsü Fabio Kuartararo inkişaf etmədikləri üçün çox narahatdır.

F-1.az xatırladır ki, Yamaha komandası son iki mövsümdə ancaq geriləməkdədir. Yaponiyalı istehsalçı bu il qalib gələ bilməyib və sadəcə 1 dəfə podiuma yüksələ bilib.

Komanda demək olar ki, hər yarış yenilik gətirsə də, bunların çoxu işləmir. Sürücülər bu vəziyyətdən heç razı deyillər. Yamaha indidən 2024-cü il motosikletinə fokuslanıb və yeni motosikleti sentyabr ayında Mizanoda test edəcək.

Fabio Kuartararo: “Mizano testindən gələnilki motosiklet üçün istifadə edəcəyik. Düzünü desəm, Mizanoya qədər gözləyə bilərəm, ancaq artıq vecimə deyil, çünki mən bu il üçün yeniliklər istəyirəm.

Gələn il başqa hekayədir. Mən bu il yaxşı performans göstərən motosiklet istəyirəm. Əlbəttə, gələcəklə bağlı plan qurmaq yaxşıdır, amma mövsümün yarışına hələ gəlməmişik. Yamaha-nın hər hansı planı yoxdur. Digər komandalar isə davamlı inkişaf edirlər.

Builki motosiklet üçün çox böyük dəyişikliklər gözləyirdim. Amma mövsümöncəsi gördüyümüz heç bir şey işə yaramadı. Buna görə də köhnə sazlanmalara qayıtmalı olduq. Lakin ümid edirəm ki, növbəti mövsümdə doğrudan da böyük dəyişikliklər olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*