F-1.az xatırladır ki, mövsümün ilk yarısı 2021-ci ilin Dünya Çempionu üçün heç də yaxşı keçməmişdi. Fransalı sürücü mövsümün ilk 8 yarışından 57 xal toplayıb və hazırda lider Françesko Banyayadan 103 xal geridə qalaraq, 8-ci yerdədir.
Lakin Fabio Assendəki yarışdan əvvəl qaçarkən yerə yıxılıb və sol biləyini zədələyib. 23 yaşlı sürücü üçün işlər daha da qəlizləşə bilər. O, əvvəl X-Ray aparatına girəcək və oradan çıxan nəticələrə görə müayinədən keçəcək.
Deyilənlərə görə Fabio Kuartararonun sol əli yön və ötürmələri dəyişməyə imkan verməyə bilər. Belə olan halda isə yarışmağı mümkünsüzdür.
Fabio Kuartararo: “Qaçarkən yıxıldım. Biləyimi və dırnaqlarımı zədələdim. Bir saat ərzində X-Ray aparatına girəcəm. Ümid edirəm ki, ciddi bir problem yoxdur. Pis yıxıldım. Sürətli qaçırdım. Birdən əngəllə qarşılaşdım və ona çırpıldım. Çox təhlükəli idi”.
Qeyd edək ki, Fabio Kuartararo bu il Franko Morbidelli ilə birlikdə bütün yarışlardan xal almış iki sürücüdən biridir.