F.Kuartararo: Yeniliklərdən istifadə etmirik

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bikdirib ki, çoxlu yeniliklər sınasalar da, heç birini istifadə etmirlər.

F-1.az xatırladır ki, 2021-ci ilin Dünya Çempionu bu il sadəcə 1 dəfə podiuma çıxıb. O, hazırda lider Banyayadan 45 xaı geridə qalır.

Yamaha keçənilki problemləri həll etmək üçün M1-i test motosikletinə çevirsə də, işlər daha da qarışıb. Belə ki, Kuartararo sazlanma tapmadığı üçün çempion olduğu 2021-ci ilin sazlanmaları ilə işləyir.

Fabio Kuartararo: “Vəziyyət pis və əsəbpozandır, çünki mövsüm başlayandan bəri saysız-hesab detal və sazlanma sınadıq. Şassi, motor, aerodinamik detallar və s. Bu detallardan heç birini sonra istifadə etmirik və bu hal əsəbpozucudur.

Xeresdəki testlərdədə yeni detallar sımadıq və heç birindən istifadə edə bilmədik. Artıq əlimizdə olanlara köklənməli və ən yaxşı performansı göstərməliyik. Ardıcıl 3 yarışa çıxacağıq və 3 yarışda da eyni motosikletlə yarışmaq özümə olan inamı artıracaq. Motosikletim yaxşı olmasa da, tanıyıram və bu yarışlarda ona daha çox uyğunlaşacağam.

Yavaş döngələr, aerodinamik və aşağı sürətlərdə güc köçürməsinə görə ən zəif yönlərimizdəndir. Ancaq sürətli döngədən uzun düzlüyə çıxanda bu əskikliyimizin nisbətən azaldığını hiss edirəm. Buna görə də düzlük performansımız Le Man ya da Ostinə nisbətdə daha yaxşı olacaq. Keçmiş illərə nisbətən daha az problem yaşayacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*