F-1.az xatırladır ki, fransalı sürücü 2021-ci ildə Dünya Çempionu olduqdan sonra keçən mövsüm ikinci yeri tutub.
Bu gün Yamaha 2023-cü il motosikletini təqdim edib və qışda motokrosda qəza edərək qolunu qıran Fabio Kuartararo da iştirak edib. O yeni motor barədə fikirlərini bildirib: “Motokrosda qolumu qırdığım üçün qış tətilim istədiyim kimi keçmədi.
Lakin bu müddət ərzində dayanmadan məşq etdim. Əlimin zədəsi də tamamilə sağalıb. Buna görə də titul üçün mübarizə aparmağa hazıram. Yeni rəng çalarımız var və bu dəyişiklik gözəldir. Yenidən yarışmaq üçün səbirsizlənirəm.
Sepanqda yeni 2023 YZR-M1-i test etmək üçün səbirsizlənirəm. Həmişə olduğu kimi bu il də çox işləyəcəyik. Keçən ildən çox şey öyrəndik və indi tək istəyim yenidən çempionluq uğrunda mübarizə aparmaqdır”.