F.Kuartararo təkərlərdən narazıdır

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, yeni təkərlərlə motosiklet yaxşı işləmir.

F-1.az xatırladır ki, Sepanqdakı qış testlərinə Yamaha ən çox yenilik gətirən komandalardan biri idi. Fransalı sürücü testlərin ilk iki günündə yüksək pillələrdə olsa da, sonuncu gün 19-cu yerdə qərarlaşıb.

Fabio Kuartararo: “Qarışıq hisslər yaşayıram. Maksimum sürət cəhətdən xoşbəxtəm və bunu uzun illər idi ki, istəyirdim. Çox yenilik test etdik.

Amma testlərin son günündə özümü yaxşı hiss etmədim. Motosiklet bəzi hissələrdə yaxşı olsa da, köhnə təkərlərlə daha yaxşı işləyirəm. Yeni təkərlə isə hər şey kabus kimidir. Bunu anlamalıyıq. Hazırda bu çox vacibdir, çünki sıralanma turunda geridə qala bilərik. Bu il həm də sprint yarışları olacaq. Vəziyyət yaxşı deyil. Ümid edirəm ki, Portimaoda həll yolu taparıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*