F.Kuartararo qolunu qırıb

Yamaha komandasının sürücüsü Fabio Kuartararo motokros motosikleti ilə məşq edərkən yıxılıb və qolunu qırıb.

F-1.az xatırladır ki, fransalı sürücü 2021-ci ildə Dünya Çempionu olmuş, 2022-ci ildə isə son yarış qədər titul uğrunda mübarizə aparmışdı. O, gələn il də titul uğrunda mübarizə vermək istəyir, amma onun hazırlıq müddəti ləngiyə bilər, çünki Fabio bazar günü motokros motosikleti ilə məşq edərkən qəza edib və qolunun üstünə düşüb.

Gənc sürücünün sol qolu qırılsa da, əməliyyat olunmayıb. Ancaq gipsə qoyulub. İndi isə sümüyün qaynaması gözlənilir. Görək bu zədə fransalı sürücüyə necə təsir edəcək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*