F-1.az xatırladır ki, fransalı sürücü publikası önündəki sprint yarışında qəza etmişdi. Əsas yarışa 12-ci yerdən başlayan 2021-ci ilin Dünya Çempionu bu dəfə nisbətən daha yaxşı performans göstərib və finişə 7-ci yerdə çatıb.
Fabio Kuartararo: “Motosikletlə bağlı hisslərim yaxşı idi. Ancaq yarışda qolumla bağlı fiziki problemlər yaşadım. Yarışdan əvvəl müalicə olundum. Müalicə aqresisv keçdi və qoluma bağlı problem yaşadım. Belə ağrını ilk dəfə görürəm. Heç vaxt qarşılaşmamışdım.
Belə hallar ola bilir, ancaq çox məyusam. Bu il davamlı pis anlar yaşadıq. Ümid edirəm ki, tezliklə daha yaxşı günlər gələr. Yamaha karyeramın ən pis dövrlərindəyəm. Ayrılıqda yox, birlikdə işləməliyik”.