F.Kuartararo: Potensialımı göstərə bilmirəm

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, ilin əvvəlindən çətin anlar yaşayırlar.

F-1.az xatırladır ki, Yamaha komandası inkişaf etməkdənsə, hər yarış geriyə gedir. Artıq komandanın sürücüləri onluğa düşməkdə belə çətinlik çəkirlər. Sonuncu Almaniya yarışında Franko Morbidelli 12-ci, Fabio Kuartararo isə 13-cü yeri tutublar. Bu da yapon istehsalçının son dövrlərdəki ən bərbad performansıdır deyə bilərik.

Fabio Kuartararo: “Biz əlimizdəki motosikleti daha rahat idarə edirik. Honda-nın döngə performansı yaxşı olsa da, biz əylənmədə daha yaxşıyıq. Buna görə də qəzalardan qaça bilirik. Ancaq həmişə limitdə sürürük. Buna görə də potensialımı hələ göstərə bilməmişəm.

İlin əvvəlindən çətin anlar yaşarıq. Buna görə də Markı çox yaxşı başa düşürəm. Komandadakı hamının bunu anladığını düşünürəm.

Almaniya yarışında vəziyyətimizi görəndən sonra Soft təkərlərdən istifadə etmək istədim. Səhv qərar idi, çünki ilk dövrələrdə daha çox asfaltla ilişməyə ehtiyacım var idi. Bu isə məndə yox idi. Təkərin performansı davamlı pisləşirdi.

Lakin düzgün qərar versək də, ən yaxşı halda 10-cu olacaqdıq. 10-cu yer ilə 13-cü yer arasında elə də ciddi fərq yoxdur”.

Qeyd edək ki, 2021-ci ilin Dünya Çempionu hazırda 57 xalla 7-ci yerdədir

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*