F-1.az xatırladır ki, fransalı sürücü Assendəki yarışdan əvvəl problem yaşayıb. Yamaha komandasının pilotu yarışa hazırlanarkən yıxılıb. Buna görə də sol ayağının baş barmağı qırılıb və sol biləyi zədələnib. 2021-ci ilin Dünya Çempionu bu ağrılara baxmayaraq, cüm sərbəst yürüşlərinə çıxıb və günü 6-cı yerdə bağlayıb.
Fabio Kuartararo: “Ağrısam da, pozitiv gün idi. Bu trası sevirəm. Asfaltla ilişmə yüksək səviyyədə deyildi. Xüsusən də, Medium təkərlərdə. Ümid edirəm ki, şənbə günü yaxşı işlər görəcəm. Cümə günləri yaxşıyıq, amma şənbə günləri rəqiblərimiz güclənir. Ümid edirəm ki, tempimiz artar.
Cümə günü ağrıkəsici içmədən trasa çıxdım. Nahardan sonra sessiya üçün bir neçə dənə ağrıkəsiçi qəbul etdim. Ayağımdakı ağrı problem yaradır. Sola dönəndə ayağım hərəkət edir və məni narahat edir. Yön dəyişəndə isə qollarıma daha çox güc verməli və onları çox işlətməliyəm. Buna görə qollarım çox yorğundur. Bu həftəsonunu yola verməliyik. Ümid edirəm ki, şənbə günü yaxşı işlər görərik. İlk iki cərgədə olsam, yaxşı nəticədir”.