F-1.az xatırladır ki, fransalı sürücü yeni motosikletdə sazlanma tapa bilmədiyi üçün 2021-ci ildə çempion olduğu sazlanmalarla işləyir. Lakin bu da ona kömək etməyib. Belə ki, Fabio Fransadakı sıralanma turunda 15–ci, sprint yarışında 10-cu, əsas yarışda isə 11-ci olub. Ən əsas da o, həm sıralanma turunda, həm əsas yarışda komanda yoldaşı Franko Morbidelliyə uduzub.
Fabio Kuartararo: “Yarış çətin keçdi. Qızdırma dövrəsindən bəri Medium təkərlərsə özümü yaxşı hiss etmirdim. Soft təkərlər daha yaxşı idi. Ancaq komanda düşündü ki, o təkərlər istiyə dözməz. Buna görə yarışa Medium təkərlərlə başladıq. Yaxşı qərar deyildi.
Çətin yarış oldu. Bütün yarış Eneanın arxasında olsam da, ötmə etməyi sınaya bilmədim. Asan deyildi.
2021-ci ildə ildəki sazlanmalardan istifadə etsək də, builki motosikletlər fərqlidir. Buna görə nə 2021-ci ildəki nə də 2022-ci ildəki motosikletlərlə müqayisə düzgün olmaz.
2021-ci ildəki dövrəvi nəticəm indikindən yaxşı idi. 2021-ci il motosikleti ilə daha yaxşı nəticə qazanardımmı bilmirəm, amma vacib olan bu nəticələrdir.
Təbii ki, fərqli dövrlərdən danışırıq, çünki 2021-ci ildə 1.46-larda getdiyim halda, 2022-ci ildə 1.47-lərdə gedirəm”.