F.Kuartararo: Necə inkişaf edəcəyik bilmirəm

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, 2023-cü il motosikletinin necə inkişaf edəcəyini bilmir.

F-1.az xatırladır ki, fransalı sürücü doğma publikası önündə sprint yarışında qəza edib və mübarizəni yarıda qoyub. Yamaha komandası iki həftə əvvəl Xeresdəki testlərə yeniliklərlə gəlsə də, bunlarin heç biri Fransa yarışında işləməyib.

Fabio Kuartararo: “Motosikletin inkişafından əminəm? Özüməinamım yoxdur, çünki çox şey sınasaq da, heç biri yaxşı işləmədi. Lakin çox işləməli və tezliklə həll yolu tapmağa çalışmalıyıq. Bu yarışdan sonra üçhəftəlik fasilə olacaq, amma güc cəhətdən problem yaşayırıq.

Mənim üçün ötmə etməyə ən əlverişli yer dördüncü döngə idi. Rəqiblərimiz üçün isə üçüncü, səkkizindi və doqquzuncu döngələr daha yaxşı idi, çünki rəqiblərimiz sürətlənmədə daha güclüdürlər. Buna görə də 1-ci döngəni sürətlə dönə və üçüncü döngədə ötmə edə bilməzsiniz. Daha çox asfaltayatmaq gücü istifadə etmək üçün daha çox gücə ehtuyacınız var, çünki istifadə etdiyimiz qanadlar rəqiblərimizinkindən daha kiçikdirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*