F-1.az xatırladır ki, fransalı sürücü Portuqaliya yarışına 10-cu yerdən başlasa da, startda 15-ci yerə geriləyib. Lakin o sonda 8-ci yerə qədər yüksələ bilib.
Fabio Kuartararo: “Çətin idi. Sıralanmada geridə qalırıq. Həm sprint, həm də əsas yarışda pis start aldıq.
Tempimiz pis deyildi, amma rəqiblərimizlə mübarizə aparmaq mümkünsüzdür. Bu problemləri həll etməliyik. Motosikletimiz rəqiblərimizinkindən fərqlənir və rəqiblərimizin asfaltla ilişməsi daha yaxşıdır.
Hazırda bir həll yolu tapa bilmirik. Çatsaq da, rəqiblərimizi keçmək çətindir. Mənim üçün bu böyük problemdir”.