F-1.az xatlrladır ki, fransalı sürücü Portuqaliyadakı qış testlərinin ilk günündə Banyayadan 0.9 saniyə geri qalıb.
Fabio Kuartararo: “Problem sadəcə sıralanma tempi deyil. Təzə təkərlərlə motosikletin işləməsi problemlidir. Sprint yarışları üçün narahatam, çünki təzə təkərlər götürəndə öndəkilərdən yarım saniyə geridə qalırıq. 15-ci dövrədən sonra isə 0.1-0.2 saniyə yavaş oluruq. Əsl fərq təzə təkər dəstləri ilə yaranır.
İlk yarışa hazır olmayacağıq. Buna 100 faiz əminəm demiyəcəm, ümid edirəm həll edə bilərik. Amma hazırda motosiklet üzərində özümü yaxşı hiss etmirəm. Görüləcək çox işimiz var”.