F.Kuartararo: Motosikleti hiss etmirəm

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, motosikleti hiss etmir.

F-1.az xatırladır ki, 2021-ci ilin Dünya Çempionu yeni mövsümə yaxşı başlamamyıb və ilk iki yarrışdan cəmi 18 xal toplaya bilib. O hazırda 10-cu yerdədir.

Fransalı sürücü COTA-dakı cümə sərbəst yürüşlərində 7-ci olub, sıralanma turunda ikinci sessiyaya qalsa da, motosikletdən şikayətçidir.

Fabio Kuartararo: “Bir neçə dəyişiklik etdik, ancaq idealı tapmamışıq. Bu problemi həll etmək üçün komandaya dedim ki, motosikleti dəyişməliyik. Hazırda motosikletin üzərində özümü yaxşı hiss etmirəm. Buna görə də həll yolu tapmalıyıq. Hər sahədə kiçik problemlər yaşayıram. Keçən il motosikletin limitlərini hiss edə bilirdim. Bu il hiss etmirəm. Əyləcə basanda özümü yaxşı hiss etsəm də, sonda motoru idarə edib-etməyəcəyimi bilmirəm. Problemləri həll etməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*