F.Kuartararo: Motosiklet təkmilləşməlidir

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, sazlanmalarda problemlər yaşayırlar.

F-1.az xatırladır ki, fransalı sürücü Argentina yarışında Nakaqami ilə təmas yaşayaraq gerilərə düşüb.

Fabio Kuartararo: “Pozitiv həftəsonu deyildi. Ancaq yağışlı havada tempimiz yaxşı idi. Bu tempi quru havada da göstərdik.

Portimao testinin son günü bizim üçün tək real test günü olmuşdu. Buna görə də təməlimiz yaxşı deyil. Buna görə də sərbəst yürüşlərdə fərqli motosikletləri sınadıq və sprint yarışına fərqli sazlanmalarda başladıq.

Çox əsəbiyəm, çünki mübarizənin içində olmaq istəyirəm, ancaq zirvəyə yüksəlmək üçün çox iş görməliyəm. Hazırda beşliyə gücümüz çatmadığı halda çempionluq barədə düşünsəm, təsiri pis olar. Buna görə də motosikleti təkmilləşdirməliyik. Sonra çempionluq barədə düşünərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*