F-1.az xatırladır ki, mövsüm bitdikdən sonra komandalar Valensiyada test üçün qalıblar. Keçən mövsümün vitse-çempionu Fabio Kuartararo düşünür ki, Yamahanın gələnilki motosikleti elə yerində sayıb.
Fabio Kuartararo: “Təəccüblüyəm, çünki bu motosiklet Misano və Barselonada test etdiyimizdən sürətli olmalı idi. Lakin sıralanma tempində keçən ilin motoru ilə eyni performansı göstərdi.
Sürətimizi müqayisə etdik və eyni idi. Misano və Barselonada test etdik, daha sonra Kel Kratçlov Moteqi və Xerezdə test etdi və aradakı fərqi gördü. İndi isə heç bir fərq yoxdur. Bunu təhlil etməliyik. Əslində bu motor daha çox ad gücünə sahibdir. Lakin indi görürük ki, keçənilki ilə eyni şeydir. Bir problem var”.
Qeyd edək ki, fransalı sürücü testlərdə 327.4 km/saat maksimum sürətə çatıb. Zirvədə isə 335.4 km/saat sürətlə Françesko Banyaya var.