F.Kuartararo Markesi müdafiə edib

Yamaha komandasının sürücüsü Fabio Kuartararo çətin günlər yaşayan rəqibi Mark Markesi müdafiə edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniyada çətin həftəsonu keçirmiş və 5 dəfə yıxılmışdı. O, zədələndiyi üçün əsas yarışı buraxmalı olmuşdu.

Fabio Kuartararo: “Onun üçün çətindir, çünki 2020-ci ildən bəri zədəsinə görə temp itirir. Amma mənim üçün o, ən yaxşı sürücüdür. Deməyə başqa sözüm yoxdur. Hər zaman potensialının 100 faizini ortaya qoyur. Zehni cəhətdən ən güclü sürücülərdəndir. Kim ən yaxşı olmaq və zirvəyə qayıtmaq üçün 5 dəfə qəza edər?

İlin əvvəlindən çətin anlar yaşarıq. Buna görə də Markı çox yaxşı başa düşürəm. Komandadakı hamının bunu anladığını düşünürəm.

Almaniyada baş barmağını qırdı. Bu da onun limitlərdə sürdüyünü göstərir. Bunu demək qəribə olsa da, belə sürdüyü üçün onu təbrik edirəm”.

Qeyd edək ki, Mark Markes bu il yeddi yarışın sadəcə üçündə iştirak edə bilib. Altıqat Dünya Çempionu bu yarışların hamısında qəza edib və xal qazana bilməyib. İspaniyalı sürücü bütün xalarını sprint yarışlarından toplayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*