F.Kuartararo Lorenso ilə razılaşmır

Yamaha komandasının sürücüsü Fabio Kuartararo düşümür ki, Xorxe Lorenso Yamaha-nın inkişafında rol oynamayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ildə Yamaha komandasında test sürücüsü kimi işləmişdi. Lakin ikiqat Dünya Çempionu sonradan demişdi ki, Yamaha onu komandada saxlamadığı üçün geridə qalıb.

Fabio Kuartararo: “Xorxenin neçə gün test etdiyini bilmirəm. O vaxtlar baza komandasında yarışmırdım. İndiki kimi limitlərdə sürmürdüm.

Xorxe dövrəvi nəticələrinə görə əlçatmaz idi. Əlbəttə, o çoxlu uğurlar qazanmış əfsanədir, amma o da indiki vəziyyəti düzəldə bilməzdi.

Kel Kratçlou doğrudan da motivasiyalıdır və eyni şeyləri düşünürük. Yapon mühəndislərin ağlını İtaliya tərzinə tətbiq etməyə çalışırıq. Bu da asan iş deyil. Addım-addım inkilaf edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*