F.Kuartararo: Güclü tərəflərimizi itiririk

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, güclü tərəflərini yavaş-yavaş itirirlər.

F-1.az xatırladır ki, fransalı sürücü öz publikası önündə cümə sərbəst yürüşlərini 12-ci yerdə bağlayıb və bugünkü sıralanma turunda yalnız 1-ci sessiyada mübarizə apara biləcək. 2021-ci ilin Dünya Çempionu motosikleti saxlamaqda çətinlik çəkib və bir neçə dəfə qəzadan son anda qurtulub.

Fabio Kuartararo: “Motosikletdə heç bir hissiyatım yoxdur. Motosiklet yaxşı olsa da, çox aqressivdir.Bütün güclü tərəflərimizi itiririk. Keçmişdə motorumuz daha zəif olsa da, güclü xüsusiyyətlərimiz çox idi. Bu il isə motor gücünü artırsaq da, sürüş cəhətdən çox şey itirdik.

Həyatımda belə dönməyən motosiklet görməmişdim. Bəlkə də, yeni motor motosikleti aqressivləşdirir. Düzdür, güclüyük, amma yeni moor motosikleti çox aqressiv edib və belə halla əvvəllər rastlaşmamışdıq.

Normalda harada vaxt itirdiyimizi anlayan və bunu komandaya deyən sürücüyəm. Amma hazırda motosikler o qədər aqressivdir ki, nə deyəcəyimi bilmirəm. Məncə, Yamaha-dakı ən çətin dövrlərimi keçirirəm. Sprintləri də nəzərə alsaq, 8 yarışdan sonra hələ də problemləri həll edə bilmirik. Təməlimiz və tempimiz yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*