F.Kuartararo: Əsas yarışda yerimizi qoruya bilərik

Yamaha komandasının sürücüsü Fabio Kuartararo düşünür ki, əsas yarışda da yerini qoruya bilər.

F-1.az xatırladır ki, fransalı sürücü son yarışlarda çətin anlar yaşamış və komanda yoldaşı Franko Morbidellinin gerisində qalmağa başlamışdı. Lakin o, Assendə yenidən özünə gəlib. Sıralanma turunda 4-cü olan 2021-ci ilin Dünya Çempionu sprint yarışında 3-cü yeri tutaraq, podiuma yüksəlib. Bred Binderin cəza alması da 23 yaşlı sürücüyə kömək edib..

Fabio Kuartararo: “Bredi ancaq bu yolla keçə bilərdim. Ancaq mənim tempim onunkindən daha yüksək idi. Sadəcə ötə bilmirdim. Tək edə biləcəyim şey yerimi qoruma qidi. Dördüncü başladım və dördüncü bitirdim. Lakin daha yaxşı startla yuxarılara dırmana bilərik. Heç olmasa bu trasda… Bəzi traslarda nə qədər öndə başlasanız da, xeyri olmur”.

Assen trası dar və keçdə əlverişli deyil. Amma Yamaha komandası həmişə burada güclü olub. Assendəki son 5 yarışın 3-də Yamaha sürücüləri qalib gəlib.

Hazırda fransalı sürücünü bir şey narahat edir: Məşq edərkən yıxılıb sındırdığı barmağı..

Fabio Kuartararo: “Yarışdan əvvəl ağrıkəsici qəbul etdim. Beləliklə, ağrım azaldı. Tək problem sola olan döngələrdə ayağımın çox titrəməsi idi. Ümid edirəm ki, əsas yarışda problem yaşamaram. Ağrım azalacaq, amma əsas məsələ ayaqlarımın necə hərəkət edəcəyidir”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*