F.Kuartararo: Enea favoritlərdən biridir

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, Enea Bastianini çempionluq üçün ən real namizədlərdən biridir.

F-1.az xatırladır ki, son iki mövsümdə Kuartararo və Banyana 19 qələbə və 37 podium əldə ediblər. Onlardan sonra ən çox önplana çıxan sürücülər isə Aleş Esparqaro və Eneya Bastiyanini olub. Xüsusən də, gənc Eneanın performansı 2022-ci ildə hamını təəccübləndirmış və mövsümü üçüncü yerdə bağlamışdı.

Fabio Kuartararo: “Məncə, Enea favoritlərdən biridir. Çünki keçən il ikinci mövsümü idi və əla mövsüm keçirmişdi. Dörd qələbə və çoxlu podium qazandı. Əlbəttə səhvləri oldu və çoxlu qəza keçirdi. Ancaq bu onun MotoGP-dəki ikinci mövsümü idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*